You must enable JavaScript to view this site.

Beynəlxalq böhran qrupu haqqında

Beynəlxalq Böhran Qrupu (Böhran Qrupu) müstəqil, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və onun 110-dan çox əməkdaşı düyünə düşmüş münaqişələrin qarşısını almaq və onları həll etmək məqsədilə beş qitədə yerlərdə aparılan təhlillər və yüksək səviyyəli məsləhətlərlə işləyirlər.

Böhran Qrupunun yanaşması yerlərdə aparılan araşdırmalara əsaslanır. Siyasi təhlilçilər qrupu zorakı münaqişənin qopması, güclənməsi və ya yenidən baş verməsi təhlükəsi olan ölkələrdə və ya həmin ölkələrin qonşuluğunda yerləşdirilir. Yerlərdən gələn məlumat və dəyərləndirmələrə əsasən o, hədəfi beynəlxalq səviyyədə əsas qərar qəbul edənlər olan və praktiki tövsiyələr təklif edən analitik hesabatlar hazırlayır. Böhran Qrupu həmçinin bütün dünyada ən mühüm münaqişə vəziyyətləri və potensial münaqişələrlə əlaqədar durumla bağlı qısa müntəzəm yeniliklər təmin edən CrisisWatch 12 səhifəlik aylıq bulleteni nəşr edir.

Böhran Qrupunun hesabatları və brifinq sənədləri xarici nazirliklərə və beynəlxalq təşkilatlara elektron poçtu vasitəsilə və ya çap formasında göndərilir və eynu zamanda qrupun İnternet saytında, www.crisisgroup.org. ünvanında, yerləşdirilir. Böhran Qrupu öz böhranla bağlı təhlillərini ön plana keçirmək və özünün siyasətlə bağlı tövsiyələrinə dəstək qazanmaq məqsədilə hökumətlərlə və onlara təsir edən qurumlarla, o cümlədən KİV-lər ilə yaxından əməkdaşlıq edir.

Böhran Qrupunun siyasət, diplomatiya, biznes və KİV sahəsində tanınmış şəxsıləri özündə birləşdirən idarə heyəti bu hesabat və tövsiyələrin dünyada əsas siyasət hazırlayan şəxslərin diqqətinə çatdırılması işində birbaşa iştirak edir. Böhran Qrupunun sədri Avropa Xarici əlaqələr Komissiyasının keçmiş üzvü, Barnslı Lord Pattendir. 2000-ci ilin yanvarından qurumun prezidenti və başçısı Avstraliyanın keçmiş Xarici İşlər Naziri Qaret Evansdır.

Böhran Qrupunun beynəlxalq qərərgahı Brüsseldədir və Vaşinqton (hüquq şəxs kimi), Nyu-York, London və Moskvada təbliğatçı ofisləri yerləşir. Hazırda təşkilatın yerlərdə 15 ofisi var (əmman, Belqrad, Bişkek, Dakar, Düşənbə, İslamabad, Cakarta, Kabul, Nayrobi, Pretoriya, Priştina, Kvito, Seul, Skopye və Tiflisdə) və onun təhlilçiləri dörd qitədə böhrana məruz qalmış 50-dən çox ölkədə və ərazidə fəaliyyət göstərirlər. Afrikada bura Anqola, Burundi, Fil Dişi Sahili, Konqo Demokratik Respublikası, Eritreya, Efiopiya, Qvineya,

Liberiya, Ruanda, Sahel bölgəsi, Syerra Leone, Somali, Sudan, Uqanda və Zimbabve; Asiyada əfqanıstan, İndoneziya, Kəşmir, Qazaxıstan, Qırxızıstan, Myanmar/Birma, Nepal, Şimali Koreya, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan; Avropada Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Serbiya və Çernoqoriya; Yaxın Şərqdə Şimali Afrikadan İranadək bütün bölgə və Latın Amerikasında Kolumbiya, And bölgəsi və Haiti.

Böhran Qrupu hökumətlərdən, xeyriyyə fondlarından, şirkətlərdən və fərdi donorlardan vəsait toplayır. Aşağıdakı hökumət idarələri və təşkilatları hazırda maliyyələşmə təmin edir: Frankofon Hökumətlərarası Agentlik, Avstraliya Beynəlxalq İnkişaf Agentliyi, Avstraliya Federal Xarici İşlər Nazirliyi, Belçika Xarici İşlər Nazirliyi, Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti, Kanada Beynəlxalq İnkişaf Agentliyi, Kanada Beynəlxalq İnkişaf Araşdırma Mərkəzi, Çexiya Xarici İşlər Nazirliyi, Hollandiya Xarici İşlər Nazirliyi, Finlandiya Xarici İşlər Nazirliyi, Fransa Xarici İşlər Nazirliyi, Almaniya Xarici İşlər Nazirliyi, İrlandiya Xarici İşlər Departamenti, Yaponiya Beynəlxalq əməkdaşlıq Agentliyi, Lixtenşteyn Knyazlığının Xarici İşlər Nazirliyi, Leksemburqun Xarici İşlər Nazirliyi, Yeni Zellandiyanın Beynəlxalq İnkişaf Agentliyi, Çin Respublikası (Tayvan) Xarici İşlər Nazirliyi, Danimarka Krallığının Xarici İşlər Nazirliyi, Norveç Krallığının Xarici İşlər Nazirliyi, İsveç Xarici İşlər Nazirliyi, İsveçrə Federal Xarici İşlər Departamenti, Türkiyə Xarici İşlər Nazirliyi, Böyük Britaniya Xarici İşlər Nazirliyi, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi.

Fondlara və özəl sektor donorlarına Atlantik Filantrofiz təşkilatı, Nyu-Yorkun Karneqi Korporasiyası, Kompton Fondu, Ford Fondu, Fundaçano Oriente, Beynəlxalq DARA Fondu, Bill & Melinda Qeyts Fondu, Uilyam və Flora Hyulet Fondu, Hant Alternativz Fondu, Koreya Fondu, Con D. və Katerin T. Mak Artur Fondu, Moriah Fondu, Çarlz Styuart Mott Fondu, Açıq Cəmiyyət İnstitutu, Pyer və Pamela Omidyar Fondu, David və Lusil Pakard Fondu, Plauşearz Fondu, Siqrid Rozinq Trast, Rokfeller Fondu, Rokfeller Filantrofi Advayzers və Yəhudi İcmasının İanə Fondu olan Sarlo Fondu.


Azeri translations

Azərbaycan: Müstəqil İslam və Dövlət, Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008

Dağlıq Qarabağ: Sülh planı, Avropa hesabatı N°167, 11 oktyabr, 2005-ci il

Dağlıq Qarabağ: Münaqişəyə Yerindən Baxış, Avropa hesabatı N°166, 14 sentyabr 2005